Gündəm
Səhiyyə Nazirliyi təcili yardım həkimləri axtarır

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər:
Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)
Şəxsiyyət vəsiqəsi
Diplom
İnternatura vəsiqəsi
Sertifikat
Əmək kitabçası
Daha çox xəbər:

Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır

Səhiyyə Nazirliyi koronavirusla mübarizədə görəcəyi işləri AÇIQLADI

“COVID-19 xəstəsinin qəbul edilməməsinə görə təcili tibbi yardımın günahlandırılması doğru deyil” - AÇIQLAMA

Prezidentdən hərbi-həkim ekspertizası və tibbi şəhadətnamələrlə bağlı FƏRMAN

Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq