Gündəm / Cəmiyyət / Sosial
Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda daha 1239 şəxs peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda 1239 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.
Onlardan 738 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Muxtar Respublikasında, 501 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının sonunda kursu uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.
Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.

Daha çox xəbər:

Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

DOST İş Mərkəzi Naxçıvan MR-də daha 70 şəxsi ödənişli ictimai işlə təmin etdi

Füzuli şəhərinə köçürülən ailələrin də məşğulluğuna dəstək işlərinə başlanıb

İki dövlət arasında memorandum imzalanıb