Gündəm / Cəmiyyət / Sosial
12:20, 21 Şubat 2025
0

FHN xəbərdarlıq etdi

FHN  xəbərdarlıq etdi


Yolların buz bağlaması hallarında Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyələr edib.
Globalpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tövsiyədə deyilir:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

- yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.
Digər xəbərlər: