Gündəm / Cəmiyyət / Sosial
12:08, 22 Mart 2024
0

FHN əhaliyə müraciət etdi

FHN  əhaliyə müraciət etdi


Fövqəladə Hallar Nazirliyi (FHN) məişətdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Globalpress.az xəbər verir ki, FHN- dən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı təhlillərə görə yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir:

- qeyri-standart, nasaz elektrik və qaz qızdırıcılarından istifadə etməyin;

- işlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;

- elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;

- elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;

- elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;

- evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın

Təhlükə zamanı 112-yə zəng edin!
Digər xəbərlər: