Gündəm / Siyasət / Dünya
Çin XİN başçısı BRİKS-ə üzv dövlətlərə çağırış edib

Ümumi maraqları təmin etmək üçün BRİKS-ə üzv dövlətlər terrorizm və kibercinayətlərlə mübarizədə çoxtərəfli koordinasiyanı gücləndirməlidir.
Globalpress.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik vəziyyəti daha da mürəkkəbləşib: “BRİKS dövlətlərinin terrorla mübarizə və kibertəhlükəsizlik məsələlərində oxşar mövqeləri və maraqları var. Konsensus, qarşılıqlı fəaliyyət gücləndirilməli, müvafiq istiqamətdə sabit və genişmiqyaslı əməkdaşlıq təşviq edilməlidir”.
Nazir bildirib ki, BRİKS ölkələri BMT-nin əsas halqası olduğu qlobal idarəetmə sistemini təkmilləşdirməyə çalışmalı və onun daha ədalətli və səmərəli olmasını təmin etməlidir. O, məlumatların təhlükəsizliyi və süni intellekt texnologiyalarının təmin edilməsi üçün birgə işin vacibliyini qeyd edib: