Gündəm / Siyasət / Dünya
XİN başçıları nəyi müzakirə ediblər

Çinin xarici işlər naziri Sin Qan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığında ölkələr arasında qarşılıqlı fəaliyyətin yeni sahələrini davamlı olaraq inkişaf etdirməyi təklif edib.
Globalpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.
“Çin və Fransa yüksək səviyyədə sıx əlaqələr saxlamalı, daima yeni əməkdaşlıq sahələrini araşdırmalıdırlar”, – məlumatda qeyd edilib.
Çin XİN başçısı iki ölkə arasında etibarlı təchizat zəncirinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.
“Beynəlxalq məsələlər üzrə əməkdaşlığı gücləndirmək, qlobal çağırışlara birgə mübarizə aparmaq lazımdır”, – o əlavə edib.