Gündəm / Siyasət / Dünya
15:20, 27 Ağustos 2024
0

Ukrayna Silahlı Qüvvələri hücuma keçdi

Ukrayna  Silahlı Qüvvələri hücuma keçdi


Bu gün səhər saat 8-dən Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətinin Nexoteyevka kəndi yaxınlığında rusiyalı sərhədçilərlə döyüşə başlayıb.

"İlkin məlumata görə, düşmənin 8 zirehli maşını və 60-dək hərbçisi var. Onlar sərhədə yaxınlaşarkən artilleriya və aviasiya ilə geri oturdulub, lakin meşə zolağında gizlənənlər atəş açmaqda davam edir. Nəzarət-buraxılış məntəqəsi uğrunda döyüş davam edir".
Globalpress.az xəbər verir ki, bu barədə "'Shot" Telegram-kanalı məlumat verib.

Rusiyanın digər "Mash" nəşrinin məlumatına görə, Rusiya sərhəddinə hücuma USQ-nin yüzlərlə döyüşçüsü cəlb edilib.

"Bizdə olan məlumata görə, Nexoteyevkada döyüş gedir, 200-dək ukraynalı əsgər bir neçə PDM-də dövlət sərhəddində mövqelər tutub və onu keçməyə cəhd edib. Bizimkilər artilleriya ilə onların qarşısını alıb, bundan sonra döyüş başlayıb.

Eyni zamanda USQ-nin 300-dək hərbçisi "Şebekino" nəzarət-buraxılış məntəqəsinə hücum edib. Sərhədçilər müqavimət göstərib, ardınca helikopterlər uçub gələrək düşmənə atəşlər açıb", - nəşr yazıb və qeyd edib ki, bu gün ukraynalı əsgərlərin Kursk vilayətinə hərbi müdaxiləsindən düz üç həftə keçir, Belqorod vilayətinə də hücum həmin sxemlə baş verir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qudkov USQ bölmələrinin üç rayonda hücum etməsini təsdiq edib. "Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət mürəkkəbdir, lakin nəzarət ediləndir. Bizim hərbçilərimiz plan üzrə hərəkət edir. Sakitliyə riayət etməyinizi və yalnız rəsmi məlumat mənbələrinə etimad göstərməyinizi xahiş edirəm", - məmur yerli sakinlərə müraciət edib.

Ukraynanın hərbi komandanlığı Belqorod vilayətində gedən döyüşləri hələlik şərh etməyib
Digər xəbərlər: