Gündəm / Siyasət / Cəmiyyət
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səfər sabah, avqustun 27-də gerçəkləşəcək.
Səfər çərçivəsində Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Ankarada İrəvan və Bakı arasında sülh müqaviləsini müzakirə edəcəklər.
Həmçinin səfər zamanı Azərbaycan-Türkiyə əlaqələri, regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.