Gündəm / Siyasət / Dünya
Yaponiya XİN rəhbəri Türkiyəyə səfər edəcək

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko yanvarın 16-da Türkiyəyə səfər edəcək.
Globalpress.az- ın məlumatına görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, rəsmi görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, cari beynəlxalq və regional hadisələrə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur.