Gündəm / Siyasət / Dünya
17:30, 23 Ağustos 2024
0

Hindistan və Ukrayna liderləri müzakirələr aparıblar

Hindistan  və Ukrayna liderləri  müzakirələr aparıblar


Prezident Zelenski və mən bu gün Kiyevdə çox məhsuldar müzakirələr apardıq.

Globalpress.az xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi “X” platformasındakı paylaşımında bildirib.

“Hindistan Ukrayna ilə iqtisadi əlaqələri dərinləşdirməyə həvəslidir. Biz kənd təsərrüfatı, texnologiya, əczaçılıq və digər bu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdik. Biz həmçinin mədəni əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəldik”, - Baş nazir əlavə edib.

Hindistan lideri Zelenski ilə Ukraynada davam edən müharibə ilə bağlı da müzakirələr aparıb: “Sülhün qorunub saxlanması çox vacibdir. Münaqişənin sülh yolu ilə həlli bəşəriyyət üçün ən yaxşısıdır”.
Digər xəbərlər: