Gündəm / Siyasət / Cəmiyyət
Yerli müşahidəçilərin sayı açıqlandı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar yerli müşahidəçilərin sayı 50 min 699 nəfərdir.
Globalpress.az- ın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 12-də keçirilən iclasında söyləyib.
O bildirib ki, müşahidəçilərdən 5831 nəfəri Mərkəzi Seçki Komissiyasında, 44 min 868-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib