Gündəm / Siyasət / Dünya
Putin polisin səlahiyyətlərini artırıb

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir sıra qanun pozuntularına görə xarici vətəndaşları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququ haqqında qanun imzalayıb.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya KİV- i məlumat verib.
Federal qanun layihəsi xarici vətəndaşların deportasiyası və inzibati qaydada qovulması mexanizmlərinin unifikasiyasına və onların ölkədən çıxarılması səlahiyyətlərinin daxili işlər orqanlarında (polis) cəmləşdirilməsinə yönəlib.
Sənədə əsasən, polis əməkdaşları qanunvericiliyə zidd olaraq inzibati xətalara, o cümlədən narkotik vasitələrin daşınmasına, ictimai yerlərdə spirtli içki qəbul etməsinə, habelə pedofiliya və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməyə, vicdan və dini azadlıq haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyətinə görə xarici vətəndaşların ölkədən çıxarılması barədə müstəqil qərar qəbul edə bilər.
Qeyd olunub ki, yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, yeni rejim sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud qanun pozuntusuna yol vermiş miqrantlara şamil ediləcək: “Əcnəbilər xüsusi reyestrə salınacaq və onlar özləri yerləşdikləri yer haqqında polisə məlumat verməlidirlər”.
Daha çox xəbər:

Putin yeni qanun imzalayıb

Milli Məclisin oktyabrın 20-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin oktyabrın 20-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb

Bu gün MM plenar iclası keçiriləcək

Jurnalistlər Xocalıdakı narkotik plantasiyasına baxış keçirib