Gündəm / Siyasət / Dünya
Kremldən Zelenskinin təklifinə cavab

Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskva ilə danışıqların mümkünlüyü barədə bəyanatları müzakirələrdən tamamilə imtina etməkdən yaxşıdır, lakin biz konkret addımları gözləməliyik.
Globalpress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu, əlbəttə ki, Rusiya tərəfi ilə hər hansı təmasların istisna olunduğu barədə bəyanatlardan daha yaxşıdır”, - o qeyd edib.
O vurğulayıb ki, istənilən halda dialoqdan danışmaq müharibəni sonuncu ukraynalıya qədər davam etdirmək niyyətindən daha üstündür.
"Ancaq Zelenskinin danışıqların mümkünlüyü ilə bağlı sözlərinin arxasında nəyin dayandığını, hansı konkret planların və hərəkətlərin təklif olunduğunu demək çətindir”, - o əlavə edib.
Daha çox xəbər:

Zelenskinin Krım və Donbas təklifinə Kremldən cavab

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Lazımi tədbirlər görülür

İlham Əliyevin və Vladimir Zelenskinin təkbətək görüşü oldu

"ƏLİYEVLƏ ƏRDOĞAN MƏNƏ TƏKLİF EDİR Kİ..." - Zelenski Putinlə bu şəhərlərdən birində görüşə bilər, Moskva isə...