Gündəm / İqtisadiyyat / Dünya
G7 dövlətləri Orta Asiyaya sərmayə yatırır

Qazaxıstan xarici işlər nazirinin müavini Nazirə Nurbayeva ABŞ-ın Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq Proqramının xüsusi əlaqələndiricisi səlahiyyətlərini icra edən Helaina Matsa ilə görüşüb.
Görüşdə tərəflər nəqliyyat və logistika, bərpaolunan enerji istehsalı, kənd təsərrüfatı məhsulları, nadir torpaq metallarının hasilatı və emalı sahələrində layihələrə investisiya imkanlarını müzakirə ediblər.
Globalpress.az xəbər verir ki, G7-nin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Proqramı 2027-ci ilədək inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrinə 600 milyard dollar sərmayə yatırmağı hədəfləyir.
Danışıqlar zamanı N.Nurbayeva Qazaxıstanda nəqliyyat infrastrukturu, o cümlədən Aktau və Kurık dəniz limanları vasitəsilə inkişaf perspektivləri və digər həyata keçirilən layihələr barədə məlumat verib.
H.Matsa isə öz növbəsində qeyd edib ki, G7 Mərkəzi Asiyada infrastruktur layihələrinə 200 milyard dollaradək sərmayə yatırmağa hazırdır və Qazaxıstan bu cür layihələrin həyata keçirilməsi üçün əsas istiqamətlərdən biridir. Proqramın əsas məqsədi Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış vasitəsilə dünyada ərzaq, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün təchizat zəncirinin gücləndirilməsi və şaxələndirilməsidir.
Daha çox xəbər:

Azərbaycan iqtisadiyyatına 310milyard ABŞ dollarından artıq sərmayə qoyulub

Əli Əsədov Serik Jumanqarin ilə görüşüb

Türkiyə Azərbaycan iqtisadiyyatına nə qədər pul qoyub?

Mikayıl Cabbarov ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO

Qazaxıstan limanlarından Azərbaycana göndərilən yüklərin həcmi 2 dəfə ar