Gündəm / Siyasət / Cəmiyyət
19:43, 07 Nisan 2023
0

Əli Əsədov Serik Jumanqarin ilə görüşüb

Əli Əsədov  Serik  Jumanqarin ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.


Globalpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.

Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Digər xəbərlər: