Gündəm / Siyasət / Dünya
Aİ Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın yerinə çexiyalı Maqdalena Qrononun təyin ediləcəyi bildirilir.
Globalpress.az- ın məlumatına görə bu barədə xarici
media məlumat yayıb.
"Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Komitə indicə Çex Respublikasından olan Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiq edib. Namizədlik rəsmi olaraq Aİ Şurası tərəfindən təsdiqlənəcək", - məlumatda deyilir.
2017-ci ildə Toivo Klaar Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi təyin edilib.