Gündəm / Siyasət / Dünya
12:23, 23 Mart 2023
0

Departamentin İşçi qrupu Cənubi Qafqaza gəlir

Departamentin  İşçi qrupu  Cənubi  Qafqaza gəlir


Yaxın vaxtlarda Qərbin böyük nümayəndə heyəti regiona səfər etməyi planlaşdırır.

Globalpress.az- ın məlumatına görə, bu barədə erməni nəşrinin mənbələri məlumat yayıb.

“Söhbət kifayət qədər təmsilçi tərkibdə İrəvan və Bakıya səfər etməyi planlaşdıran ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz regional nümayəndələrindən gedir. Səfərin əsas məqsədi mövcud və hökm sürən ümumi vəziyyəti yerindəcə anlamaqdır.

Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, Qərb, xüsusən də Vaşinqton Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın hesabatları və Gürcüstandakı böhranla bağlı hesabatları qane etmir. Dövlət Departamenti bölgədə baş verənlərlə bağlı məsələnin birinci əldən alınmasını məqsədəuyğun hesab edib.

Yerində həll yollarını tapmağa çalışmaq və vəziyyətdən asılı olaraq gələcək danışıqlar üçün hazırlıq işlərinə başlamaq planlaşdırılır.

Mənbəmiz onu da bildirir ki, Vaşinqton üçün bu səfər, ilk növbədə, Rusiyanın regionda mövqelərini zəiflətmək, öz mövqelərini gücləndirmək, eləcə də Aİ müşahidəçilərinə əlavə “kart-blanş” vermək baxımından əhəmiyyətlidir”.
Digər xəbərlər: