Gündəm / İqtisadiyyat / Dünya
06:10, 17 Temmuz 2024
0

Aİ Ukraynaya əlli milyard ayırır

Aİ Ukraynaya  əlli  milyard  ayırır


Avropa Komissiyası Ukraynanı dəstəkləmək üçün çox tezliklə 50 milyard dollar məbləğində kredit paketi təklif etməyi planlaşdırır ki, ilin sonuna qədər qanunvericilik işini tamamlaya bilsin".
Globalpress.az xəbər verir ki, bu barədə iqtisadiyyat məsələləri üzrə komissar Paolo Centiloni məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərə əsaslanan yardım planı gələn həftə Rio-de-Janeyroda "Böyük Yeddilik" ölkələrinin maliyyə və mərkəzi bank rəhbərləri tərəfindən də müzakirə ediləcək.

"Bu prosesin başlanması çox təcilidir. Məhz buna görə və gələn həftə G-7 görüşü səbəbindən Avropa Komissiyası təklifin mümkün qədər tez masada olması üçün intensiv işləyir", - deyə Centiloni vurğulayıb.
Digər xəbərlər: