Gündəm / Siyasət / Dünya
11:20, 12 Temmuz 2024
0

Rusiya prezidenti Vladimir Putin G20 sammitinə dəvət olunacaq

Rusiya prezidenti Vladimir Putin  G20 sammitinə dəvət olunacaq


Braziliya tezliklə Rusiya prezidenti Vladimir Putinə və digər dövlət başçılarına G20 sammitində iştirak üçün dəvət göndərəcək.
Globalpress.az xəbər verir ki, bunu Braziliya Xarici İşlər Nazirliyinin sosial kommunikasiyalar departamentinin rəhbəri Joel Souza Pinto Sampaio bildirib.

“Yaxın həftələrdə bütün iştirakçı dövlətlərin başçılarına dəvətlər göndəriləcək”, – XİN rəsmisi deyib.

G20-nin yekun sammiti oktyabrın 18-dən 19-dək Rio-de-Janeyroda keçiriləcək.

Braziliya ötən il dekabrın 1-dən G20-yə sədrlik edir.
Digər xəbərlər: