Gündəm / Siyasət / Dünya
17:49, 12 Eylül 2023
0

Putin Qərb liderləri ilə görüşməyəcək

Putin  Qərb  liderləri  ilə  görüşməyəcək


Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Qərb ölkələrinin liderləri arasında görüşə ehtiyac yoxdur, elə bir ehtiyac yarananda təmaslar baş tutacaq.

Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin “G20″nin son sammitində şəxsən iştirakdan imtina etməsini şərh edərkən bildirib.

“Putinin indi bu insanlarla görüşünə ehtiyacı yoxdur, çünki bu görüş bizim gündəliyimizə konstruktiv heç nə əlavə edə bilməz”, – sözçü vurğulayıb.

Kremlin rəsmisi diqqətə çatdırıb ki, Putinin beynəlxalq cədvəli “çox, çox aktivdir, lakin konstruktiv olan və Rusiyanın maraqlarına cavab verən istiqamətlərdədir”.

“Sözügedən centlmenlərlə görüşmək vaxtı gələndə bu, mütləq həyata keçiriləcək”, – o söyləyib.

Xatırladaq ki, daha öncə Braziliya Prezidenti Luis İnasiu Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin 2024-cü ildə ölkəsinin Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə, həbs olunmayacağını bildirib.
Digər xəbərlər: