Gündəm / Siyasət / Dünya
NATO sammiti Vaşinqtonda öz işinə başlayıb

NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb.
Globalpress.az xəbər verir ki, 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edirlər.
NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir. Sammitin açılışını ABŞ dövlət katibi Antoni Blinken edib. Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlardan sonra Ukraynaya əhəmiyyətli dəstək paketini açıqlayacaqlar.
Ev sahibi ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin sağlamlıq vəziyyəti ilə əlaqədar onun sammitdə iştirak edəcəyi sual altındadır.
Qeyd edək ki, NATO sonuncu dəfə 2012-ci ildə 50 illik yubileyini qeyd edərkən ABŞ-də sammit keçirib.
Daha çox xəbər:

NATO sammiti iyulda ABŞ- da keçiriləcək

Blinken İsrail XİN başçısını NATO-nun yubiley sammitinə dəvət edib

Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir.

Bu gün NATO-nun sammiti başlayır, Alyansın yeni konsepsiyası qəbul olunacaq

NATO zirvə görüşünə ev sahibliyi edəcək ölkə məlum oldu