Gündəm / Siyasət / Cəmiyyət
Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir.

Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik.
Globalpress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
O bildirib ki, iki ölkə arasında davam edən müzakirələr ABŞ Dövlət Departamenti üçün prioritetdir:
"Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəliklə danışmaq istəmirəm".
Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi gözlənilir.
Daha çox xəbər:

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır.

NATO sammiti iyulda ABŞ- da keçiriləcək

Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”

Türk xalqının seçdiyi istənilən hökumətlə əlaqələrimizi dərinləşdirəcəyik