Gündəm / Cəmiyyət / Sosial
“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan, 2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru”na ötən dövrdə 3 milyon 329 min müraciət olub.
Onlardan 3 milyondan çoxu yaşa görə, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarla bağlı olub.
“Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.
Ölkənin vahid sosial reyestri olan e-sosial.az portalına keçid edib pensiya kalkulyatoru xidmətindən istifadə edən hər bir şəxs cari hesabında toplanmış sosial sığorta kapitalına əsasən ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

Daha çox xəbər:

Nazirlikdən İsa Qəmbərlə bağlı açıqlama: Sığorta stajının 25 ildən az olduğu müəyyən edilib

19 500 nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb

Azərbaycanda pensiya kapitalının minimum məbləği artıb

Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR - VİDEO

137 min nəfərdən çox xüsusi şərtlərlə əmək pensiyası alıb