Gündəm / Cəmiyyət
18:35, 12 May 2022
0

Nazirlikdən İsa Qəmbərlə bağlı açıqlama: Sığorta stajının 25 ildən az olduğu müəyyən edilib

Nazirlikdən İsa Qəmbərlə bağlı açıqlama: Sığorta stajının 25 ildən az olduğu müəyyən edilib
Nazirlikdən İsa Qəmbərlə bağlı açıqlama: Sığorta stajının 25 ildən az olduğu müəyyən edilib

İsa Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.



Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili deyib.



“İsa Yunis oğlu Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinətin təyin edilməsi ilə bağlı mediada dərc olunmuş məlumatla əlaqədar bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda. Bu səbəbdən İ.Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub” – qeyd olunub.
Digər xəbərlər: