Gündəm / Siyasət / Dünya
ABŞ Azərbaycanı NATO sammitinə dəvət edəcək

Bayden administrasiyası NATO-nun digər tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaşlıq tədbirlərində iştiraka dəvət etməyi planlaşdırır.
Globalpress.az xəbər verir ki, tərəflər orada regional əməkdaşlıq, eləcə də ölkələr arasında sülh sazişinin bağlanması səylərini müzakirə etmək imkanı əldə edəcəklər: "Dəvətlərin artıq göndərilib və/və ya qəbul edilib-edilməməsi tam aydın olmasa da, Vaşinqtondakı rəsmilər iki həftə sonra ABŞ paytaxtında keçiriləcək NATO liderlərinin görüşünün qaçırılmamaq üçün əla fürsət olacağına inanırlar".