Gündəm / Siyasət / Cəmiyyət
13:45, 27 Kasım 2023
0

Liderlər Moskvada görüşəcəklər

Liderlər  Moskvada  görüşəcəklər


Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın sonunda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, sonra isə Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.
Globalpress.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

"Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, qeyri-rəsmi görüşdə (MDB) və Aİİ-nin rəsmi sammitində iştirak edəcək", - Uşakov bildirib.

Qeyd edək ki, Azərbaycan lideri İlham Əliyevin də MDB liderlərinin qeyri-rəsmi görüşünə qatılacağı gözlənilir.
Digər xəbərlər: