Gündəm / Dünya / Sosial
BMT bu hesabatı təsdiqləyib

BMT 2023-cü ildə Qəzza zolağında 2,1 mindən çox uşağın öldüyünü təsdiqləyə bilib.
Globalpress.az xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibi Antonio Quterreşin hesabatında deyilir.
Sənəd 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək olan hadisələrə aiddir.
“BMT 2267 fələstinli uşağın (1259 oğlan, 1008 qız) öldürüldüyünü təsdiqləyib, onlardan 2141-i Qəzza zolağında öldürülüb”, deyə beynəlxalq təşkilat bildirib.
Bundan əlavə, Şərqi Qüds və İordan çayının qərb sahilində 126 fələstinli uşaq həlak olub, BMT 206 uşağın ölümünə görə İsrail Müdafiə Qüvvələrini (IDF) məsuliyyətli hesab edib.