Gündəm / Siyasət / Dünya
14:40, 08 Aralık 2023
0

BMT Təhlükəsizlik Şurası toplanır

BMT  Təhlükəsizlik Şurası toplanır



Dekabrın 8-də Qəzza zolağında dərhal atəşkəs rejiminin yaradılması məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası planlaşdırılır.
Globalpress.az xəbər verir ki, iclas BMT-nin baş katibi Antonio Quterreşin rəhbərliyi ilə toplanır.


"Antonio Quterreş BMT Nizamnaməsinin 99-cu maddəsinə əsasən Baş Katibdə saxlanmış hüquqdan istifadə etdi və bu, ona beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcəyinə inandığı istənilən məsələni Təhlükəsizlik Şurasının diqqətinə çatdırmağa imkan verir. BMT-nin keçmiş baş katibləri son onilliklərdə bu hüquqdan istifadə etməyiblər", - deyə məlumatda qeyd olunub.

Bugünkü sessiya BMT Təhlükəsizlik Şurasının üzvlərinin Qəzza zolağındakı vəziyyətə vahid yanaşma nümayiş etdirmək üçün beşinci cəhdidir. Əvvəlki iclaslarda səslənən təkliflər qəbul edilməyib.
Digər xəbərlər: