Gündəm / İqtisadiyyat / Dünya
14:30, 07 Haziran 2024
0

İsveçrə Ukraynaya yardım ayırıb

İsveçrə  Ukraynaya  yardım ayırıb


Növbəti dörd il ərzində İsveçrə Ukraynaya rəqəmsallaşmanın inkişafı üçün 58,7 milyon frank (təxminən 65,7 milyon dollar) dəyərində yardım göstərəcək.

Globalpress.az- ın məlumatına görə, hökümət bu gün rəqəmsallaşma və elektron hökumət sahələrində Ukraynaya dəstəyi davam etdirmək qərarına gəlib. Beləliklə, İsveçrə Ukraynanı rəqəmsallaşma yolu ilə demokratik islahatlar həyata keçirməyə və dövlət xidmətlərinin şəffaflığını təşviq edir.

Qeyd edək ki, mayın 22-də İsveçrə höküməti 2025-2028-ci illərdə Ukraynaya 1,5 milyard frank (1,63 milyard dollardan çox) məbləğində yardımı təsdiqləyib. Bu vəsaitin ayrılması İsveçrənin beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində nəzərdə tutulub.
Digər xəbərlər: