Gündəm / İqtisadiyyat / Dünya
İsveçrə Ukraynaya yardım ayıracaq

İsveçrə 2025-2028-ci illər ərzində Ukraynaya 1,5 milyard frank (1,6 milyard avro) yardım ayıracaq.
Globalpress.az xəbər verir ki, bunu İsveçrə prezidenti Viola Amherd ölkədə səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"İsveçrə beynəlxalq əməkdaşlıq üzrə növbəti strategiya dövrü olaraq 2025-2028-ci illərdə Ukraynaya 1,5 milyard frank ayırmağı planlaşdırır", - o deyib.
Qeyd edək ki, Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə səfər edib. Yanvarın 16-da onun Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.