Gündəm / Siyasət / Cəmiyyət
14:10, 06 Haziran 2024
0

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.



Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.
Digər xəbərlər: