Gündəm / Siyasət / Dünya
Rusiya XİN məlumat yaydı

Azərbaycanla Ermənistan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur.
Globalpress.az- ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesini şərh edib. O qeyd edib ki, Rusiyanın hazırkı vəzifəsi hər iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yollarını tapmaqda kömək etməkdir:
"Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında nizamlanmanın əsasları yaradılıb. Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir. Rusiya tərəfində Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan materiallar var. Ümid edirəm ki, Ermənistan xarici oyunçuları cəlb etmək əvəzinə üçtərəfli nizamlamaya üstünlük verəcək. Moskva hər zaman dialoq üçün platforma təqdim etməyə hazırdır".
Daha çox xəbər:

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır

Rusiya bu prosesə yardım etməyə hazırdır

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Zaxarova: “Moskva Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına töhfə verir”