Gündəm / Siyasət / Dünya
14:30, 31 May 2024
0

Rusiyada Beynəlxalq İqtisadi Forum keçiriləcək

Rusiyada Beynəlxalq  İqtisadi  Forum  keçiriləcək


136 ölkə, regiondan 17 min nəfər və 3400 media nümayəndəsi 5-8 iyun tarixlərində keçiriləcək "Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2024"-də (SPIEF) iştirakını təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bu barədə Roskonqres Fondu məlumat yayıb.

Rusiya Prezidentinin müşaviri və SPİEF Təşkilat Komitəsinin baş katibi Anton Kobyakov deyib:

"Hazırda 136 ölkə və ərazidən 17100 nəfər və 3400 KİV nümayəndəsi SPIEF-də iştirakını təsdiqləyib. SPIEF hazırda qlobal inkişafın suveren mərkəzlərindən biri kimi fəaliyyət göstərir, qlobal güc balansının qorunması və çoxqütblü beynəlxalq sistemin qurulması kimi tarixən unikal missiyanı yerinə yetirir, Rusiyanın milli maraqlarının diktə etdiyi birləşdirici və konstruktiv gündəliyə əsaslanan inkişaf üçün şərait yaradır", - deyə bildirib.

Xatırladaq ki, 5-8 iyun tarixlərində Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək.
Digər xəbərlər: