Gündəm / Siyasət / Dünya
07:23, 23 Haziran 2023
0

Rusiya NATO- nun Ukraynaya verdiyi hər şeyi məhv edir

Rusiya  NATO- nun  Ukraynaya  verdiyi  hər şeyi  məhv edir


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən Şimali Atlantika Alyansının hərbi texnikasının məhv edilməsi ilə bağlı bəyanatlarından sonra təşvişə düşüb.
Globalpress.az- ın məlumatına görə, bu fikri ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter səsləndirib.

"Putin dedi ki, Rusiya NATO-nun Ukraynaya verdiyi hər şeyi məhv edir. Bayden panikaya düşmədən onu dəstəkləyənlərin gözlərinin içinə baxa bilməz", - Ritter bildirib.
Ritter hesab edir ki, Rusiya liderinin bu bəyanatlarından sonra ABŞ hərbi-siyasi elitasında qorxu yayılır.


Rusiya prezidenti Vladimir Putin iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxışı zamanı bildirib ki, döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) bir neçə "Leopard" tankı məhv edilib.
Rusiya lideri vurğulayıb ki, F-16 qırıcıları Kiyevə çatdırılsa, onlar da eyni aqibətlə üzləşəcəklər.
Digər xəbərlər: