Gündəm / İqtisadiyyat / Dünya
Avropa İttifaqından Rusiya taxılı ilə bağlı QƏRAR

Avropa İttifaqı Şurası Rusiya və Belarusdan idxal olunan taxıla qarşı qoruyucu gömrük rüsumlarının tətbiqi barədə qərarı təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Xüsusi məhsuldan asılı olaraq, yeni rüsumlar Aİ-yə idxal olunan məhsulun hər tonuna görə ya 95 avro, ya da 50%-ə qədər artacaq. Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis X sosial şəbəkəsində bildirib ki, qərar iyulun 1-dən qüvvəyə minəcək