Gündəm / Siyasət / Dünya
Litva Ukrayna barədə qətnamə qəbul etdi

Litva Seymi alyansın Vilnüsdə keçirilən sammitində Ukraynanın NATO-ya dəvətini nəzərdə tutan qətnamə qəbul edib.
Globalpress.az xəbər verir ki, bu barədə Litva parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Vilnüs sammitində Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək, “şərtlər imkan verən kimi üzvlük protokollarını imzalamaq və ratifikasiya prosesinə başlamaq lazımdır” , - deyə məlumatda bildirilir.
Litva parlamentariləri hesab edirlər ki, bu addım NATO-nun Ukrayna və Avropada sülhün əldə olunması istiqamətində atacağı strateji qərar olacaq.
Parlamentin beynəlxalq məsələlər komitəsinin sədri Zigimantas Pavilionis sənədi parlamentarilərə təqdim edərək bildirib ki, Litva təhlükəsizlik sferasında boz ərazilərin saxlanmasının əleyhinədir.
“Biz Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünə veto hüququna malik olması tezisini təkzib etməliyik. Bu, ittifaqı daha da gücləndirəcək və təhlükəsizliyimizi gücləndirəcək”.
NATO-nun sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək.