Gündəm / Siyasət / Dünya
Rusiya İsrailə çağırış edib

Rusiya İsrail rəhbərliyini Qəzza zolağında axan qanı dayandırmağa və münaqişənin həlli üzrə danışıqlara qayıtmağa çağırır.
Globalpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz bir daha İsrail rəhbərliyini Qəzza zolağında axan qanı dayandırmağa, Fələstin-İsrail münaqişəsinin Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırırıq”, – o bildirib.
Zaxarova Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə dair orderin nəticələrinə ilə bağlı suala cavab olaraq qeyd edib ki, Rusiyanın bu qondarma cinayət məhkəməsinə prinsipial münasibəti dəyişməz olaraq qalır.