Gündəm / Hadisə / Dünya
13:40, 28 Kasım 2023
0

Rusiya vətəndaşları Qəzzada və Misirdə gözləyirlər

Rusiya  vətəndaşları  Qəzzada  və Misirdə gözləyirlər


Qəzza zolağında və Misirdə qalan bir neçə yüz rus vətəndaşı evakuasiya olunmasını gözləyir.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RT"-yə müsahibəsində bildirib.

“Deyə bilərəm ki, həqiqətən də ölkəmizin bir neçə yüz vətəndaşı Qəzza zolağında və Misirdə təxliyyəni gözləyənlərdir. Onların bəziləri Qəzza zolağında qalır, bəziləri artıq müvafiq sərhədi keçib və Misirdə evakuasiyanı gözləyirlər”, - diplomat bildirib.

Zaxarova Qəzza zolağında uzun müddət internet və rabitə xidmətlərinin işləmədiyinə diqqət çəkib:“Qəzza zolağından çıxmaq istəyən bir çox insan fiziki olaraq bu barədə məlumat verə bilmir”.
Digər xəbərlər: