Gündəm / Cəmiyyət / Sosial
Azərbaycan hərbçiləri NATO təlimində

Moldovada NATO-nun "Regex 2024" qərargah təlimləri başlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə Moldova KİV - ləri məlumat yayıb.
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər çərçivəsində Qərb standartlarına uyğun hərbi təlim seminarları təşkil olunur,
Təlimlərdə Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Özbəkistan, Misir, İordaniya Krallığı, Bəhreyn, Mərakeş, Qazaxıstan, Pakistan, Tunis, Misir, Malta, Afrika İttifaqı (Qana və Benin) kimi 30-a yaxın NATO tərəfdaşı iştirak edir.
Toplanışın mayın 24-də başa çatacağı qeyd olunur.