Gündəm / Siyasət / Dünya
14:15, 13 May 2024
0

Rusiya İngiltərəyə nota verib

Rusiya  İngiltərəyə nota verib


Rusiya İngiltərəyə nota verib.
Globalpress.az xəbər verir ki, bununla bağlı İngiltərənin Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılaraq ona etiraz notası təqdim edilib.

XİN-dən verilən açıqlamada deyilir ki, İngiltərənin Rusiyaya qarşı yürütdüyü siyasət tənqid edilib və onların bu addımları açıq-aşkar rusofobiya ilə siyasi motivli bir hərəkət kimi dəyərləndirilib.

Bəyanatda həmçinin bildirilib ki, nümayəndəyə Böyük Britaniyanın Moskvadakı səfirliyindəki müdafiə attaşesinin deportasiya ediləcəyi barədə məlumat verilib.

Həmçinin deyilir: “Britaniya tərəfinin mayın 8-də elan etdiyi anti-Rusiya düşmənçilik hərəkətlərinə reaksiyamız bununla bitməyəcək. Eskalasiyaya təşəbbüs edənlər növbəti cavab addımları barədə məlumatlandırılacaqlar".

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi mayın 8-də birgə bəyanatla çıxışında Rusiyanın bəd niyyətlərini əsas gətirərək ölkənin müdafiə attaşesini deportasiya edəcəklərini, Rusiyaya aid bəzi mülklərin diplomatik statusunu ləğv edəcəklərini və Rusiya diplomatik vizalarının müddətini məhdudlaşdıracaqlarını açıqlayıblar.
Digər xəbərlər: