Gündəm / Siyasət / Dünya
19:20, 26 Nisan 2023
0

Onlar Rusiya üçün arzuolunmaz şəxslərdir

Onlar  Rusiya  üçün  arzuolunmaz şəxslərdir


Rusiya 10 norveçli diplomatı “persona non-qrata” elan etmək qərarına gəlib.

Globalpress.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Nazirlikdən verilən açıqlamada Norveçin 15 rus diplomatını “persona non qrata” elan etmək qərarına gəldiyi xatırladılıb.

Sözügedən qərarın “düşməncə” addımı olduğu və ikitərəfli münasibətləri çətinləşdirdiyi vurğulanaraq, Norveçin Moskvadakı səfiri Robert Kvilenin nazirliyə çağırıldığı bildirilib.

“Cavab olaraq Kvileyə Norveçin Moskvadakı səfirliyinin və müdafiə attaşesinin 10 nümayəndəsinin “persona non qrata” elan edildiyi barədə nota təqdim edilib. Səfirə məlumat verilib ki, Oslonun qeyri-dost hərəkətləri ilə bağlı digər tədbirlər də görüləcək, o cümlədən Rusiya vətəndaşlarının Norveç diplomatik nümayəndəliklərində işləməsinə məhdudiyyətlər qoyulacaq”, - açıqlamada qeyd olunub.
Digər xəbərlər: