Gündəm / Siyasət / Dünya
Almaniya XİN Ukraynaya Beynəlxalq dəstək verməyə çağırır

Almaniya Ukraynanın hava hücumundan müdafiəsinə beynəlxalq dəstək verməyə çağırıb.
Globalpress.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın hava hücumundan müdafiəsinə beynəlxalq dəstəyin lehinə danışıb.
Onun sözlərinə görə, təkcə Rusiya ordusunun kütləvi hücuma keçdiyi Xarkov vilayətində deyil, həm də Ukraynanın bir çox başqa yerlərində son dərəcə dramatik vəziyyət yaranıb.
Berbok bu gün Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclasından əvvəl deyib: “Biz Ukraynanın xüsusilə hava hücumundan müdafiə baxımından nə qədər əlavə dəstəyə ehtiyacı olduğunu açıq şəkildə görürük”.