Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycanla proses uğurla keçdi

Hesab edirik ki, delimitasiya prosesi uğurla keçdi.
Globalpress.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Delimitasiya prosesində sərhəd çəkilib, sərhədin bu tərəfi Ermənistanın, qarşı tərəfi isə Azərbaycan ərazisidir”, -Qriqoryan vurğulayıb.
Ərazilərə gəlincə Qriqoryan deyib ki, təbii olaraq bu vaxta qədər silahlı qüvvələr həmin ərazilərdə xidmət həyata keçirildiyi üçün bu mövqelərdəki icmaların öz torpaqlarına çıxışı yox idi: "İndi silahlı qüvvələr bu mövqeləri tərk edib ora sərhədçilər yerləşdiriləndən sonra həmin ərazilər gündəlik işlərini yerinə yetirmək üçün kənd sakinlərinin ixtiyarına veriləcək”.
Təhlükəsizlik Şurasının katibi sərhədlərin delimitasiyası prosesinin müvəffəqiyyətlə keçdiyini və 1976-cı il xəritələrindən istifadə edilərək digər bölgələrdə də həyata keçiriləcəyini bir daha qeyd edib.
Daha çox xəbər:

Rusiya ilə birlikdə Laçın dəhlizi üzərində işləyirik - Qriqoryan

Ermənistan TŞ-nin katibi: "İlin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq"

Ermənistan TŞ- nın katibi Hindistana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Moskvaya gedir

Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü