Gündəm / Siyasət / Dünya
16:40, 16 May 2024
0

Rusiya və Çin razılığa gəliblər

Rusiya  və Çin razılığa gəliblər


Globalpress.az xəbər verir ki, Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Moskva və Pekin həmçinin birgə təlimlərin və döyüş hazırlığının miqyasının genişləndirildiyini elan ediblər.

“Rusiya-Çin müdafiə əməkdaşlığı yüksək səviyyəli qarşılıqlı strateji etimada əsaslanır. Dövlətlər regional və qlobal təhlükəsizliyi effektiv şəkildə gücləndirirlər”, – sənəddə qeyd olunur.

Eyni zamanda Moskva və Pekin ikitərəfli əsasda və çoxtərəfli formatlar çərçivəsində koordinasiya və əməkdaşlığı artırmağa davam edəcək. Tərəflər çağırış və təhdidlərə birgə reaksiya potensialını və səviyyəsini daim artırmaq barədə də razılığa gəliblər.
Digər xəbərlər: