Gündəm / İqtisadiyyat / Dünya
15:35, 14 May 2024
0

Aİ Ukraynaya yardım planını təsdiqləyib

Aİ Ukraynaya  yardım  planını  təsdiqləyib


Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın növbəti dörd il üçün kompleks islahat planını təsdiqləyib.
Globalpress.az- ın məlumatına görə, bu planın həyata keçirilməsi Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro məbləğində yardım almağa imkan verəcək və ölkəni təşkilata üzv olmağa yaxınlaşdıracaq.

Bundan əlavə, 2024-cü il martın 1-dən qüvvəyə minən dəstək proqramı 2024-cü ildən 2027-ci ilə qədər Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün qrantlar və kreditlər şəklində 50 milyard avroya qədər sabit maliyyələşdirməni nəzərdə tutur.
Digər xəbərlər: