Gündəm / Siyasət / Dünya
Bu əməliyyat üçün İsrailin kifayət qədər silahı var.

İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədindəki Rəfah şəhərində planlaşdırılan əməliyyatlar üçün kifayət qədər sursat ehtiyatına malikdirlər.
Globalpress.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.
“İsrail Müdafiə Ordusunda planlaşdırılan missiyalar üçün sursat var, o cümlədən Rəfahdakı missiyalar üçün lazım olan hər şey mövcuddur”, – o, ABŞ-nin İsrailə hərbi tədarükü məhdudlaşdırmaq planları ilə bağlı sualı cavablandırarkən deyib