Gündəm / Siyasət / Dünya
00:30, 22 Kasım 2023
0

Qəzza zolağında girovlar azad ediləcəkmi?

Qəzza zolağında girovlar azad ediləcəkmi?



Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi ilə bağlı aparılan danışıqlarda irəliləyiş var. Bu məsələ ilə bağlı qərarı siyasətçilər verməlidirlər, İsrail əsgərləri istənilən ssenariyə hazırdır.
Globalpress.az- ın məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib.

“Razılaşma ilə bağlı irəliləyiş var, hər şey siyasətçilər və hökumət tərəfindən müzakirə edilməli və təsdiqlənməlidir. Mən İsrail ordusunun nümayəndəsiyəm, indi diqqətimizi döyüş əməliyyatlarına yönəltmişik”, - deyə o, brifinqdə diqqətə çatdırıb.
Digər xəbərlər: