Gündəm / Cəmiyyət / Sosial
Tovuz Gömrük Komitəsində əməliyyat aparılıb

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Globalpress.az xəbər verir ki, DGK komitəsindən verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.
Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
DGK qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Komitənin məlumatlarına istinad etmək tövsiyə edir.
Daha çox xəbər:

Dövlət Gömrük Komitəsindən kütləvi kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA

Prokurorluq Gömrük Komitəsindəki əməliyyatla bağlı məlumat yaydı

Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq edib

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib