Gündəm / Siyasət / Cəmiyyət
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib
Globalpress.az ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.
Belə ki, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb.
Əsasnamənin 5.8-ci bəndindən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb.
Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Daha çox xəbər:

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ

Dövlət Gömrük Komitəsindən kütləvi kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA

Vasif Talıbov generalı işdən çıxardı

Azərbaycan və Gürcüstan gömrük xidməti nümayəndə heyətləri görüşdülər

Əli Əsədov qərar İMZALADI - Bu məhsullar gömrük rüsumundan azad edildi