Gündəm / Siyasət / Dünya
13:10, 03 May 2024
0

Azərbaycanın mina probleminin olmasının Avropada bilməyirlər

Azərbaycanın  mina  probleminin olmasının  Avropada  bilməyirlər


Maltada elə bilirlər ki, Qarabağa dəyən ziyan İkinci Dünya müharibəsi zamanı olub.
Globalpress.az xəbər verir ki, bunu Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

“Avropada buradakı mina problemi haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Onlara görə, mina problemi yalnız ərəb ölkələrində, Afrika ölkələrindədir. Hətta mən sizə deyim ki, bəzi nümayəndələr bu əraziyə səfər etməyə çəkindilər. Bu da mina təhlükəsinə görədir. Hesab edirəm, bu, ölkənin də imicinə zərbədir”, - o əlavə edib.
Digər xəbərlər: